Bu sənəddə (bundan sonra – “Sənəd”) qeyd olunan şərtlər www.luxtech.az veb-saytı (bundan sonra – “Biz”, “LuxTech” və ya “Veb-sayt”) ilə Veb-saytın istifadəçisi (bundan sonra – “İstifadəçi”) arasında mübadilə olunan məlumatların konfidensiallığının təmin olunması məqsədilə hazırlanmışdır.

Bu Sənəddə “LuxTech” dedikdə, “LuxTech” əmtəə nişanının sahibi olan “LuxTech” Məhdud Məsuliyyətli Cəmiyyəti nəzərdə tutulur.

Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta həm qeydiyyatdan keçmiş üzv, həm də qeydiyyatsız ziyarətçi kimi daxil olan şəxslər başa düşülür.

Biz bu Sənədi, Veb-saytdan istifadə zamanı təqdim etdiyiniz məlumatların hansı qaydada toplanıldığını, istifadə olunduğunu və qorunduğunu sizə aydın formada izah etmək üçün tərtib etmişik. Əsas məqsəd – İstifadəçilərin Veb-saytdan təhlükəsiz və etibarlı şəkildə istifadə etməsini təmin etmək, eləcə də təqdim etdikləri fərdi məlumatların konfidensiallığını qorumaqdır. Veb-saytdan istifadəyə başlamazdan əvvəl “Məxfilik Siyasəti” ilə tanış olmağınızı tövsiyə edirik.

www.luxtech.az veb-saytında tətbiq edilən “Məxfilik Siyasəti” Azərbaycan Respublikasının Konstitusiyasına, ölkəmizin qoşulduğu beynəlxalq hüquqi aktlara, “Fərdi məlumatlar haqqında” Qanuna, “İnformasiya əldə etmək haqqında” Qanuna və digər müvafiq normativ hüquqi aktların tələblərinə uyğun hazırlanmışdır.

Veb-sayt ilə İstifadəçi arasında fərdi məlumat mübadiləsi qanunçuluq, şəffaflıq və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. İstifadəçi tərəfindən könüllü şəkildə təqdim olunan fərdi məlumatlar həmin andan mühafizə olunur.

İstifadəçiyə məlumat verilir ki, onun təqdim etdiyi şəxsi məlumatlar (adı, soyadı, atasının adı, doğum tarixi və yeri, cinsi, vətəndaşlığı, telefon nömrəsi, elektron poçt ünvanı, yaşayış və faktiki ünvanı, ixtisası, iş yeri, fəaliyyəti, ailə vəziyyəti, fotoşəkili və digər məlumatlar) “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinə uyğun olaraq qorunur və İstifadəçinin yazılı razılığı olmadan, eləcə də qanunla tələb olunan hallar istisna olmaqla (Qanunun 13-cü maddəsi), üçüncü tərəflərə təqdim edilmir.

İnzibati xəta və ya cinayət əməllərinin araşdırılması, belə hüquqazidd əməllərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə, hüquq-mühafizə və məhkəmə orqanlarının rəsmi sorğusu əsasında, qanunvericiliyin tələblərinə uyğun olaraq, İstifadəçinin razılığı olmadan məlumatların təqdim edilməsi mümkündür.

Veb-saytımızda digər veb-saytlara və internet platformalarına keçidlər yerləşdirilə bilər. Bu keçidlər vasitəsilə daxil olduğunuz saytların məxfilik siyasəti və məlumatların qorunması bizim məsuliyyətimizdə deyil.

İstifadəçi dilediyi halda Veb-saytda şəxsi məlumatlarını daxil etməmək hüququna malikdir. Lakin müəyyən funksiyalardan istifadə etmək üçün qeydiyyat və bəzi məlumatların təqdim olunması zəruri ola bilər. Məlumat verilmədiyi təqdirdə Veb-saytın bir sıra xidmətlərindən istifadə etmək mümkün olmaya bilər.

LuxTech bu “Məxfilik Siyasəti”ni zəruri hallarda birtərəfli qaydada dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər qanunvericiliyin yenilənməsi, istifadəçilər üçün funksionallığın təkmilləşdirilməsi, yeni kampaniyaların təşkili və digər vacib səbəblərlə bağlı edilə bilər. Bununla belə, fərdi məlumatların konfidensiallığının qorunması hər zaman bizim üçün prioritet olaraq qalır.

Bu Sənədlə bağlı hər hansı irad, təklif və ya şikayətiniz olarsa, aşağıdakı əlaqə vasitələrindən istifadə etməyinizi xahiş edirik:

E-poçt: support@luxtech.az